Donald Trump İranın neft infrastrukturu ilə bağlı sərt açıqlama verib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika tərəfindən tətbiq olunan dəniz blokadası davam edərsə, İranın neft kəmərləri yaxın günlərdə ciddi təhlükə ilə üzləşə bilər.
Onun sözlərinə görə, İranın neft kəmərləri ilə böyük həcmdə xam neft daşınır və əgər bu neftin anbarlara və ya tankerlərə ötürülməsi mümkün olmazsa, sistem daxilində təzyiq kritik həddə çata bilər. Tramp iddia edib ki, bu halda kəmərlər “daxildən partlaya bilər”.
ABŞ lideri qeyd edib ki, hazırkı vəziyyət dəyişməz qalarsa, İranın belə bir ssenari ilə üzləşməsi üçün təxminən üç gün vaxtı var.
O həmçinin vurğulayıb ki, bu cür inkişaf İranın neft hasilatı imkanlarına ciddi zərbə vuraraq, ölkənin istehsal gücünün təxminən yarısını itirməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı rəsmi Tehran tərəfindən hələlik açıqlama verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.