Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Vaşinqton və Tehran arasındakı atəşkəsin davam etməsini və danışıqlar prosesini alqışladığını bildirib
Bu barədə o, “İnterfaks”a müsahibəsində deyib.
Peskov xüsusilə hərbi əməliyyatların bərpasının qlobal risklərinə toxunub:
“Hesab edirik ki, heç bir halda döyüş əməliyyatlarına qayıtmaq olmaz. Bu, nə tərəfdaşımız İranın, nə Hörmüz boğazı ölkələrinin, nə də dünya iqtisadiyyatının maraqlarına cavab vermir”.
Qeyd edək ki, Sankt-Peterburqdakı Prezident Kitabxanasında baş tutan görüşdə Vladimir Putin İran xalqının öz suverenliyi uğrunda qəhrəmancasına mübarizə apardığını vurğulayıb. Rusiya lideri qeyd edib ki, Moskva Yaxın Şərqdə sülhün tezliklə bərqərar olması üçün İranın və regionun digər ölkələrinin maraqlarına uyğun olan hər şeyi edəcək.
İranın XİN rəhbəri Seyid Abbas Əraqçi isə öz növbəsində Rusiya və İran arasında ikitərəfli məsləhətləşmələrin müntəzəm və aktiv şəkildə davam etdiyini bildirib.
Xatırladaq ki, bir qədər əvvəl rəsmi Tehran ABŞ-nin real dialoqa hazır olub-olmadığına dair şübhələrini dilə gətirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.