Serbiya hökuməti R.Kadırovun qohumuna verilən vətəndaşlığı ləğv edibtdi

Serbiya hökuməti Ramzan Kadırov-un qardaşı oğlu hesab edilən Yakub Zakriyev-ə vətəndaşlıq verilməsi ilə bağlı əvvəl qəbul etdiyi qərarı ləğv edib.
Məlumata görə, bu barədə “Nedeljnik” nəşri rəsmi “Xidmət bülleteni”ndə dərc olunmuş sənədə istinadla xəbər yayıb. Yeni qərarla 23 aprel 2026-cı il tarixli vətəndaşlığa qəbul aktı qüvvədən düşmüş sayılır.
Sənəddə Zakriyevin adı birbaşa qeyd olunmasa da, yalnız sənəd nömrəsi göstərilib. Həmin nömrənin isə əvvəllər məhz onun Serbiya vətəndaşlığı alması ilə bağlı olduğu bildirilir.
Həm vətəndaşlığın verilməsi, həm də sonradan onun ləğvi barədə qərarlar Serbiyanın baş naziri tərəfindən imzalanıb.
Hazırda qərarın ləğv edilməsinin səbəbləri rəsmi şəkildə açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.