AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

  • + A
  • - A
  • Bu gün, 10:11

    Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

    Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki müvəqqəti işlər vəkilini çağırıb.

    Buna Pakistan qüvvələrinin Əfqanıstan sərhədi boyunca mülki obyektlərə hücumları səbəb olub.

    Əfqanıstan tərəfinin məlumatına görə, hücuma məruz qalan obyektlər arasında Kunar vilayətində yerləşən universitet də var.

    “Taliban” administrasiyası Pakistan qüvvələrinin bu hərəkətlərini Əfqanıstanın hava məkanının pozulması kimi qiymətləndirib.

    Kabil İslamabada xəbərdarlıq edərək bildirib ki, bu cür addımlar ciddi nəticələrə səbəb ola bilər.

    Hadisə ilə bağlı Pakistan tərəfinin mövqeyi hələlik açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR