AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

  • + A
  • - A
  • Bu gün, 11:09

    Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

    Ukrayna ordusu Rusiyanı Krımla birləşdirən Kerç körpüsünü qoruyan 2 hərbi katerə zərbə endirib.

    “Unian“ Ukrayna ordusuna istinadən xəbər verir ki, zərbə nəticəsində şəxsi heyət arasında itkilər var.

    “Zərbə nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) məxsus “Sobol” patrul gözətçi və “Qraçonok” antidiversiya katerləri vurulub”, – Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatında deyilir.

    Qeyd olunub ki, bu katerlər FSB-nin Sərhəd Xidmətinin və Rusiya Hərbi Dəniz Donanmasının Kerç körpüsünün mühafizəsi və diversantlarla mübarizə üçün istifadə etdiyi əsas sahil mühafizə vasitələrindən hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR