Ərdoğan və Rusiyanın Türkiyədəki səfiri əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın Türkiyədəki yeni səfiri Sergey Verşinin arasında görüş keçirilib.
Məlumata görə, aprelin 30-da Rusiya Federasiyasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Sergey Verşinin dövlət başçısına etimadnaməsini təqdim edib. Prezident Ərdoğan səfiri yeni vəzifəyə başlaması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı tərəflər Rusiya–Türkiyə münasibətlərinin aktual məsələlərini müzakirə ediblər. Həm Moskva, həm də Ankara qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyiblər.
Bildirilib ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi xalqların rifahı və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.