İsrail ordusu son sutkada ölkəyə iri həcmdə hərbi texnika gətirildiyini açıqlayıb.

İsrail Müdafiə Qüvvələri (Israel Defense Forces) son 24 saat ərzində ölkəyə 6500 ton hərbi texnika daxil edildiyini bəyan edib.
Rəsmi məlumata görə, gətirilən yüklər arasında həm aviasiya, həm də quru qoşunları üçün nəzərdə tutulan döyüş sursatları yer alıb. Texnika iki gəmi və bir neçə yük təyyarəsi vasitəsilə İsrailə çatdırılıb, daha sonra isə ölkə üzrə müxtəlif hərbi bazalara paylanıb.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, bu tədarüklər ordunun bütün zəruri vasitələrlə təmin olunmasına yönəlib. Onun sözlərinə görə, məqsəd İsrail silahlı qüvvələrinin istənilən vaxt və istənilən istiqamətdə “tam gücü ilə fəaliyyətə qayıtmasını” təmin etməkdir.
Qeyd edək ki, son dövrlərdə regionda artan gərginlik fonunda İsrailin hərbi hazırlığını gücləndirməsi diqqət çəkir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.