AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ: “İranla müharibə başa çatıb” – Ağ Ev Konqresə məlumat verdi

  • + A
  • - A
  • Dünən, 23:35

    ABŞ: “İranla müharibə başa çatıb” – Ağ Ev Konqresə məlumat verdi

    Ağ Ev rəsmi şəkildə ABŞ Konqresi-nə bildirib ki, İran ilə müharibə “başa çatmış hesab olunur”. Bu barədə Associated Press məlumat yayıb.

    Məlumata görə, cümə günü Konqresə göndərilən məktubda qeyd olunur ki, ABŞ və İran arasında hərbi əməliyyatlar dayandırılıb. Bu bəyanat regionda ABŞ silahlı qüvvələrinin mövcudluğunun davam etməsinə baxmayaraq verilib.

    Bildirilib ki, prezident Donald Tramp-ın bu addımı qanunla müəyyən edilmiş – 1 may tarixinədək Konqresin müharibənin davam etdirilməsinə razılıq verməsi tələbindən yan keçmək kimi qiymətləndirilir. Qeyd olunur ki, Tramp müharibəni iki ay əvvəl Konqresin rəsmi icazəsi olmadan başladıb.
    Məktubda eyni zamanda vurğulanır ki, hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, təhlükə hələ də qalır. ABŞ prezidenti bildirib:

    “ABŞ-ın İran rejiminə qarşı əməliyyatlarının uğurlu nəticələrinə və davamlı sülhün təmin edilməsi istiqamətində səylərə baxmayaraq, İranın ABŞ və silahlı qüvvələrimiz üçün yaratdığı təhlükə hələ də ciddi olaraq qalır.”

    Ekspertlər hesab edir ki, bu açıqlama müharibənin formal olaraq başa çatdığını göstərsə də, bölgədə gərginliyin davam etdiyini göstərən siqnaldır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR