AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

B.Britaniya Rusiyaya qarşı sanksiyaları artırır

  • + A
  • - A
  • 5-05-2026, 17:33

    B.Britaniya Rusiyaya qarşı sanksiyaları artırır

    Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
    Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısını genişləndirib. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, yeni sanksiyalar çərçivəsində 10 fiziki şəxs və 8 təşkilat məhdudiyyətlərə məruz qalıb. Sanksiya siyahısına “Alabuqa Start” proqramı ilə əlaqəli bir sıra şəxslər də daxil edilib.

    Bundan əlavə, məhdudiyyətlər Rusiyanın, Belarusun və Fransanın bəzi vətəndaşlarını və şirkətlərini də əhatə edir.
    Rəsmi London bu addımı Rusiyaya qarşı təzyiqləri artırmaq və mövcud sanksiya rejimini gücləndirmək məqsədilə atdığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR