İsrail Beyrut ətrafına zərbə endirdi: “Radvan” komandiri hədəf alınıb

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənub ətraflarına hava zərbəsi endirib. Bu, gün ərzində həmin əraziyə edilən ikinci hücum olub.
Hadisə nəticəsində güclü partlayış baş verib, yaşayış məntəqələrində ciddi dağıntılar qeydə alınıb. İlkin məlumatlara görə, zərbə “Hizbullah”ın elit “Radvan” qüvvələrinin komandirini hədəf alıb.
İsrail tərəfi əməliyyatı təsdiqləyərək bildirib ki, hücum konkret hərbi məqsəd daşıyıb. Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.