Mayın 12-nə keçən gecə hava hücumundan müdafiə vasitələri Rusiyanın bölgələri üzərində 27 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) aşkar edərək məhv edib. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, Moskva vaxtı ilə saat 00:00-dan 07:00-dək Rusiya hərbçiləri təyyarə tipli PUA-ları Belqorod, Voronej və Rostov vilayətləri üzərində vurublar.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, Ukraynaya məxsus pilotsuz aparat Millerovo rayonunda məhv edilib. Bölgədə pilotsuz aparat təhlükəsi rejimi qüvvədə qalır.
Mayın 11-də Belqorod vilayətinin rəhbəri Vyaçeslav Qladkov açıqlayıb ki, Ukrayna dronu Şebekino dairəsinin Voznesenovka kəndində minik avtomobilinə zərbə endirib. Onun sözlərinə görə, hücum nəticəsində mina-partlayış travması, qolundan kor qəlpə yarası və barotravma alan bir kişi xəstəxanaya yerləşdirilib. Yaralı mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.