Tramp Çin lideri ilə İrana qarşı müharibədən danışıb

ABŞ Prezidenti Donald Trump İrana qarşı müharibə mövzusunda Çin lideri Xi Jinping ilə “uzun bir söhbət” aparmağı planlaşdırdığını açıqlayıb. O, Pekinə səfəri zamanı bu məsələnin əsas müzakirə mövzularından biri olacağını bildirib.
Tramp qeyd edib ki, İran məsələsinin həlli üçün Çinin yardımına ehtiyac duymadıqlarını düşünür:
— “Mən hesab etmirəm ki, İran məsələsində hansısa köməyə ehtiyacımız var. Bu vəziyyətdə istənilən halda qalib gələcəyik. Ya sülh yolu ilə, ya da başqa üsulla”.
CNN jurnalisti Elaine Trinin sualını cavablandıran Tramp bildirib ki, Si Cinpin İran böhranı fonunda “nisbətən yaxşı davranıb”. O, xüsusilə bölgədəki blokada ilə bağlı problem yaşanmadığını vurğulayıb:
— “Baxın, blokada ilə bağlı heç bir problem yoxdur. Çin bu regiondan çoxlu neft alır. Biz heç bir çətinliklə qarşılaşmamışıq. O, mənim dostumdur”.
Trampın açıqlamaları Vaşinqton ilə Pekin arasında İran ətrafında geosiyasi koordinasiyanın mümkünlüyü ilə bağlı müzakirələrin fonunda səslənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.