AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərb mətbuatı: İran raket obyektlərinin əksəriyyətinə çıxışı bərpa edib

  • + A
  • - A
  • Bu gün, 21:05

    Qərb mətbuatı: İran raket obyektlərinin əksəriyyətinə çıxışı bərpa edib

    ABŞ hesab edir ki, İran raket mövqelərinin böyük hissəsinə yenidən nəzarəti bərpa edib. Bu barədə The New York Times yüksək rütbəli amerikalı rəsmilərə istinadən məlumat yayıb.

    Məlumata görə, İranın fəaliyyət göstərən raket obyektləri arasında Hörmüz boğazı boyunca yerləşən 30 mövqe də var. Bu isə bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün birbaşa təhlükə hesab olunur.

    Nəşr qeyd edir ki, İran mobil raket buraxılış qurğularının təxminən 70 faizini qoruyub saxlayıb. Bu da zədələnmiş və ya fəaliyyət qabiliyyətini itirmiş stasionar obyektlərdən asılı olmayaraq raket ehtiyatlarından istifadə imkanını saxlayır.
    ABŞ hərbi qurumlarının məlumatına əsasən, İranın yeraltı raket komplekslərinin 90 faizə qədəri ən azı qismən əməliyyat hazırlığı vəziyyətindədir.

    Hazırda İranın raket arsenalının müharibədən əvvəlki həcminin təxminən 70 faizini təşkil etdiyi bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR