Pekində Si Cinpinlə danışıqlardan əvvəl Trampın çıxışı 2 dəqiqə çəkib.

ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Pekində keçirilən görüş öncəsi Donald Trampın çıxışı cəmi iki dəqiqə davam edib.
Mayın 14-də baş tutan danışıqlardan əvvəl çıxış edən Tramp Çin liderinə təşəkkürünü bildirib və Pekinə səfər etmək imkanından məmnunluğunu ifadə edib.
“Cənab Sədr Si, sizi ürəkdən təşəkkür edirəm. Böyük təşəkkürlər”, – deyə ABŞ prezidenti vurğulayıb.
Qısa çıxışın ardından tərəflər ABŞ–Çin münasibətləri, iqtisadi əməkdaşlıq və beynəlxalq gündəmdə yer alan əsas məsələləri müzakirə etmək üçün qapalı danışıqlara keçiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.