UNICEF: İsrail zərbələri nəticəsində Livanda azı 200 uşaq həlak olub

BMT-nin Uşaq Fondu olan UNICEF bildirib ki, martın 2-dən etibarən Livanda davam edən İsrail hücumları nəticəsində azı 200 uşaq həyatını itirib.
Qurumun məlumatına görə, yalnız son bir həftə ərzində atəşkəsin qüvvədə olmasına baxmayaraq, ən azı 59 uşaq ölüb və ya yaralanıb. Livanda atəşkəs aprelin 17-dən tətbiq olunur.
UNICEF açıqlamasında vurğulanıb ki, Livan uşaqları hələ də davam edən zorakılıq, məcburi köç və psixoloji travmaların təsiri altında qalır.
Məlumata əsasən, martın 2-dən bəri uşaqlar arasında ümumi itki sayı 200 ölü və 806 yaralıya çatıb. Bu isə demək olar ki, hər gün orta hesabla 14 uşağın öldüyü və ya yaralandığı anlamına gəlir.
UNICEF bəyan edib:
“Uşaqlar məktəblərə qayıtmalı, dostları ilə oynamalı və qorxu dolu aylardan sonra normal həyata dönməli olduqları bir vaxtda öldürülür və şikəst edilirlər.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.