Tramp: Si Cinpin 200 Boeing təyyarəsinin sifarişinə razılaşıb

ABŞ Prezidenti Donald Trump bildirib ki, Xi Jinping Çin tərəfindən 200 ədəd Boeing sərnişin təyyarəsinin alınmasına razılıq verib.
Fox News telekanalına müsahibəsində danışan Tramp bunun Çin liderinin öhdəliyi kimi qiymətləndirildiyini deyib.
“Bu gün razılaşdığı yeganə məsələ 200 reaktiv təyyarə, yəni 200 böyük sərnişin təyyarəsi sifariş etmək oldu. Bu, çoxlu iş yeri deməkdir”, – deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, Boeing şirkəti əvvəlcə daha az sayda sifariş gözləyirdi.
“Boeing 150 istəyirdi, amma 200 aldı”, – deyə o əlavə edib.
ABŞ prezidenti hesab edir ki, Si Cinpinqin bəyanatı Çinin Boeing şirkətindən təyyarə alışını irəli aparmağa hazır olduğunu göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.