AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Beş yaşlı uşağın pəhrizi”: "Selena Qomezin fastfud asılılığı açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 12:05

    “Beş yaşlı uşağın pəhrizi”: "Selena Qomezin fastfud asılılığı  açıqlanıb


    Məşhur amerikalı müğənni və aktrisa Selena Gomez yenidən gündəmə gəlib. Lakin bu dəfə səbəb onun musiqisi və ya şəxsi həyatı deyil, həyat yoldaşı Benny Blanconun açıqladığı qeyri-adi qidalanma vərdişləri olub.

    Məlumata görə, Qərbi Hollivudda Gwyneth Paltrownun təşkil etdiyi “Goop” podkastının çəkilişi zamanı 38 yaşlı prodüser həyat yoldaşının qida seçimləri barədə açıq danışıb.

    Benny Blanco bildirib ki, 33 yaşlı Selena Gomez əsasən fastfuda üstünlük verir. Müğənninin xüsusilə burger və kartof friyə böyük maraq göstərdiyi, tez-tez sağlam olmayan qəlyanaltılar seçdiyi qeyd olunub.

    Sağlam qidalanma və sərt dietaları ilə tanınan Gwyneth Paltrow isə bu etiraf qarşısında təəccübünü gizlədə bilməyib. O, “Bu, Goop standartlarına qətiyyən uyğun deyil” deyə reaksiya verib.

    Blanco əlavə edib ki, Gomez bəzən “Goop Kitchen” yeməklərindən istifadə etsə də, ümumilikdə “fiqur üçün ən zərərli yeməklərə” üstünlük verir. Onun demək olar ki, meyvə və tərəvəzi sevməməsi də ictimaiyyətin diqqətini çəkib.

    Qeyd edək ki, Gwyneth Paltrow illərdir makrobiotik qidalanma, şəkər və süd məhsullarından imtina kimi sərt pəhriz qaydalarının tərəfdarı kimi tanınır. Bu baxımdan Selena Gomezin qida vərdişləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

    Bununla yanaşı, Selena Gomez daha əvvəl də mətbəxdə bacarıqlarının ideal olmadığını etiraf etmişdi. Məhz buna görə o, 2020-ci ildə peşəkar aşpazların köməyi ilə kulinariya bacarıqlarını inkişaf etdirməyə çalışdığı Selena + Chef adlı layihəyə start vermişdi. Daha sonra layihə Selena + Restaurant formatında davam etdirilib.

    Lakin görünür, sənətçinin fastfuda olan sevgisi hələ də dəyişməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR