AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ dövlət katibi bildirib ki, İran Trampa əlverişsiz razılaşmanı qəbul etdirə bilməyəcək.

  • + A
  • - A
  • Bu gün, 12:07

    ABŞ dövlət katibi bildirib ki, İran  Trampa əlverişsiz razılaşmanı qəbul etdirə bilməyəcək.


    ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə artan gərginlik fonunda benzinin bahalaşmasından istifadə edərək Vaşinqton üçün əlverişsiz razılaşma əldə etmək istəyən İrana güzəştə getməyəcək.

    Marko Rubio NBC News-a müsahibəsində qeyd edib ki, Donald Trump İranın ABŞ-ın daxili siyasi və iqtisadi vəziyyətindən istifadə edərək Vaşinqtonu zəif mövqedən danışığa məcbur edə biləcəyini düşünürsə, bunun baş verməyəcəyini açıq şəkildə nümayiş etdirir.

    Rubio əlavə edib ki, ABŞ-da yanacaq qiymətlərinin nəzarətdə saxlanılması üçün artıq müəyyən addımlar atılıb və yaxın dövrdə benzinin qiymətində eniş gözlənilir.

    ABŞ prezidenti Donald Trump isə çərşənbə axşamı jurnalistlərə açıqlamasında İran məsələsində əsas prioritetin Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu vurğulayıb.

    O, ABŞ vətəndaşlarının maliyyə vəziyyətinin pisləşməsinin onu İranla güzəştli razılaşmaya sövq edib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq daha vacib məsələdir.

    Donald Trump həmçinin xəbərdarlıq edib ki, İran hakimiyyəti “doğru addım atmasa”, ABŞ özü prosesi “tamamlayacaq”. Prezident əlavə edib ki, Vaşinqton yalnız “yaxşı razılaşma” imzalayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR