AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın gecə hücumunda Kiyevdə ölən və yaralananlar var

  • + A
  • - A
  • Bu gün, 13:22

    Rusiyanın gecə hücumunda Kiyevdə ölən və yaralananlar var

    Ukrayna prezidenti X sosial şəbəkəsində bildirib ki, Rusiyanın ötən gecə həyata keçirdiyi hücum nəticəsində Kiyevdə azı 5 nəfər həlak olub. Təxminən 40 nəfər paytaxtda, 7 nəfər isə Kiyev vilayətində yaralanıb. Xarkivdə 28, Odessa vilayətində isə 2 yaralı olduğu açıqlanıb. Ölkə üzrə ümumilikdə 180 obyektə, o cümlədən 50-dən çox yaşayış binasına ziyan dəyib.
    Kiyevin Darnitski rayonunda axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında insanların olduğu bildirilir və 10-dan çox şəxs itkin sayılır. Poltava bölgəsində də hücumlardan sonra bərpa işləri aparılır. Hadisələrin nəticələrini aradan qaldırmaq üçün yüzlərlə xilasedici və polis əməkdaşı cəlb olunub.
    Bundan əlavə, Xersonda humanitar missiya zamanı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin avtomobili FPV dronları ilə iki dəfə hücuma məruz qalıb. Avtomobildə təşkilatın rəhbəri və daha 8 əməkdaş olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
    Məlumata görə, raket və dronların böyük hissəsi vurulub və ümumi zərərsizləşdirmə göstəricisi 93 faizdən çox olub. Ukrayna tərəfi Rusiyaya qarşı sanksiyaların davam etməsinin vacib olduğunu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR