AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Hizbullah" İsrail ordusuna qarşı 339 hərbi əməliyyat keçirdiyini açıqlayıb.

  • + A
  • - A
  • Bu gün, 08:04

    "Hizbullah" İsrail ordusuna qarşı 339 hərbi əməliyyat keçirdiyini açıqlayıb.


    Livanın şiə silahlı təşkilatı olan Hizbullah aprelin 16-dan mayın 17-dək İsrail ordusuna qarşı 339 hərbi əməliyyat keçirdiyini açıqlayıb. Təşkilatın yaydığı məlumata görə, hücumlar nəticəsində 48 tank sıradan çıxarılıb.

    Qurumun Telegram kanalında yayılan bəyanatda bildirilir ki, “İslam müqaviməti qüvvələri” atəşkəs rejiminin İsrail tərəfindən pozulmasına cavab olaraq 15 komanda məntəqəsinə, 3 kazarmaya, 2 hərbi bazaya, 7 artilleriya mövqeyinə və 1 helikopter meydançasına zərbələr endirib.

    Məlumata əsasən, ötən ay ərzində idarəolunan raketlər və kamikadze pilotsuz uçuş aparatları vasitəsilə 48 tank, 18 zirehli transportyor və 12 yolsuzluq avtomobili tam və ya qismən məhv edilib.

    Açıqlamada İsrail ordusunun canlı qüvvə itkiləri barədə dəqiq məlumat verilməyib. Təxmini hesablamalara görə, Livandakı əməliyyatlar zamanı İsrail ordusunda ölən və yaralananların ümumi sayı 250 nəfərə yaxın qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR