Tramp İrana qarşı əməliyyatın davam etdirilməsinə işarə edən görüntü paylaşıb.

ABŞ Prezidenti Donald Tramp İran əleyhinə əməliyyatların yenidən başlaya biləcəyinə işarə edən paylaşım edib.
Trampın Truth Social sosial şəbəkəsində yayımladığı şəkildə Yaxın Şərqin xəritəsi əks olunub. Xəritənin üzərinə ABŞ bayrağının ulduz və zolaqları yerləşdirilib, mərkəzdə olan İran ərazisinə isə müxtəlif istiqamətlərdən qırmızı oxlar yönəlib.
ABŞ lideri paylaşımına hər hansı mətn və ya əlavə şərh yazmayıb. Paylaşım sosial şəbəkələrdə və siyasi dairələrdə mümkün yeni hərbi əməliyyatlarla bağlı müzakirələrə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.