AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

D.Tramp ABŞ mediasını tənqid edib

  • + A
  • - A
  • Bu gün, 22:39

    D.Tramp ABŞ mediasını tənqid edib

    ABŞ prezidenti Donald Tramp yenidən İranla müharibənin işıqlandırılmasına görə Amerika mediasını sərt tənqid edib. O, bəyan edib ki, hətta İran tam kapitulyasiya etsə belə, “saxta xəbərlər” yayan media yenə də Tehranın ABŞ üzərində qələbə qazandığını iddia edəcək.

    Tramp özünün Truth Social sosial şəbəkə hesabında yazıb ki, əgər İran təslim olsa, donanmasının məhv olduğunu və hərbi hava qüvvələrinin artıq mövcud olmadığını etiraf etsə, ordusu silahları yerə qoyaraq ağ bayraq qaldırsa və ölkə rəhbərliyi ABŞ qarşısında kapitulyasiya sənədlərini imzalasa belə, bəzi media qurumları yenə də İranın “möhtəşəm qələbə” qazandığını yazacaqlar.

    O, xüsusilə The New York Times, The Wall Street Journal və CNN kimi media qurumlarını hədəf alaraq onları “saxta xəbərlər yaymaqda” ittiham edib.
    Tramp əlavə edib ki, Demokratlar Partiyası və bir sıra media orqanları “tamamilə istiqaməti itirib” və “ağıllarını itiriblər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR