AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Hindistanla razılaşma əldə edib

  • + A
  • - A
  • Dünən, 22:45

    ABŞ Hindistanla razılaşma əldə edib

    ABŞ administrasiyası Hindistanlı milyarder Qautam Adani tərəfindən yaradılmış şirkətlə İran sanksiyalarının pozulması iddiaları ilə bağlı 275 milyon dollarlıq razılaşma əldə edib.
    “Politico”nun məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bildirib ki, Adani Enterprises 2023-cü ilin noyabrından 2025-ci ilin iyununa qədər Dubayda yerləşən treyderdən 191 milyon dollar dəyərində mayeləşdirilmiş neft qazı (LPG) alıb və məhsulun İran mənşəli ola biləcəyinə dair “qırmızı siqnalları” nəzərə almayıb.

    ABŞ rəsmilərinin iddiasına görə, şirkət gəmilər üzərində lazımi yoxlamaları aparmayıb və idxal edilən qazın İran mənşəli ola biləcəyi barədə xəbərdarlıqlara baxmayaraq “ehtiyatsız davranıb”. Bildirilir ki, daşımaların qiymətləri və logistikasında da şübhəli məqamlar olub.

    OFAC bəyan edib ki, “iddia olunan pozuntular kobud xarakter daşıyıb və şirkət tərəfindən könüllü şəkildə açıqlanmayıb”.
    Bununla yanaşı, “Adani Enterprises” razılaşma çərçivəsində günahını etiraf etməyib.

    Razılaşma ABŞ-ın İranın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirmək cəhdləri fonunda əldə olunub. Vaşinqtonun “İqtisadi Qəzəb” adlı kampaniyası İran iqtisadiyyatına təzyiq göstərməyi hədəfləyir. ABŞ maliyyə naziri Skott Bessent G7 ölkələrini də İrana qarşı sanksiyaları gücləndirməyə çağırıb.
    Məlumata görə, Donald Tramp administrasiyası son günlərdə Adani və onun şirkətləri ilə bağlı digər araşdırmaları da bağlamağa çalışır. Asiyanın ən varlı şəxslərindən biri sayılan Qautam Adani Hindistanın baş naziri Narendra Modi ilə yaxın münasibətləri ilə tanınır.

    Bundan əvvəl The New York Times yazmışdı ki, ABŞ Ədliyyə Nazirliyi Adaniyə qarşı irəli sürülmüş dələduzluq ittihamlarını geri götürməyə hazırlaşır. Bildirilir ki, Adaninin hüquq komandasında ABŞ prezidenti Donald Trumpın şəxsi vəkillərindən biri olan Robert Giuffra Jr. də yer alır.
    NYT-nin məlumatına əsasən, Adani tərəfi cinayət işinin bağlanması qarşılığında ABŞ iqtisadiyyatına 10 milyard dollar investisiya yatırmağı təklif edib.

    ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası — ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası da ötən həftə Adani ilə paralel dələduzluq işi üzrə 6 milyon dollarlıq razılaşma əldə olunduğunu açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR