AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin Pekinə dövlət səfəri edib

  • + A
  • - A
  • Bu gün, 20:01

    Putin Pekinə dövlət səfəri edib

    Vladimir Putin dövlət səfəri ilə Pekinə gəlib. Rusiya prezidentini Pekin hava limanında xüsusi mərasimlə qarşılayıblar.
    Məlumata görə, təyyarənin trapı önündə Putini əllərində Rusiya və Çin bayraqları tutan uşaqlar qarşılayıblar. Eyni geyimdə olan uşaqlar Rusiya liderini salamlayaraq iki ölkənin dostluğunu simvolizə edən bayraqları dalğalandırıblar.
    Qarşılama mərasimində fəxri qarovul dəstəsi və hərbi orkestr də iştirak edib. Rusiya prezidentini hava limanında Çinin xarici işlər naziri Wang Yi də qarşılayıb. Putin və Van İ qısa söhbət edərək əl sıxıblar.

    Daha sonra Çinli nazir Rusiya prezidentini onu gözləyən “Aurus” markalı avtomobilə qədər müşayiət edib. Səfər çərçivəsində Putinlə Çin rəhbərliyi arasında bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR