AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Livan “silahsızlaşdırma” ifadəsini rədd edir

  • + A
  • - A
  • Bu gün, 20:08

    Livan “silahsızlaşdırma” ifadəsini rədd edir

    Livan hökuməti İsraillə təhlükəsizlik məsələləri üzrə aparılan danışıqlarda “silahsızlaşdırma” terminindən istifadəyə qarşı çıxıb. Bu barədə anonim livanlı rəsmi mənbə “Al Jazeera Arabic” telekanalına açıqlamasında bildirib.

    Məlumata görə, İsraillə mümkün təhlükəsizlik razılaşmalarını əhatə edən niyyət bəyannaməsi layihəsi hazırda ABŞ-ın vasitəçiliyi ilə müzakirə olunur və sənəd üzərində iş hələ yekunlaşmayıb.

    Beyrut tərəfi İsrailin atəşkəs rejimini pozması hallarının monitorinqi üçün BMT-nin Atəşkəsə Nəzarət Təşkilatının (UNTSO) fəaliyyətinin gücləndirilməsini təklif edir.
    Mənbənin sözlərinə görə, Livan hökuməti “Hizbullah” hərəkatına münasibətdə “silahsızlaşdırma” ifadəsinin işlədilməsini qəbul etmir. Bunun əvəzinə, Livan ordusunun üzərinə düşən öhdəliklərin icrasına nəzarət məqsədilə Livan-ABŞ birgə faktaraşdırıcı komitəsinin yaradılması təklif olunub.
    Qeyd edilib ki, İsraillə aparılan təhlükəsizlik danışıqları yalnız texniki xarakter daşıyır və siyasi razılaşma formatında qiymətləndirilməməlidir.

    Bundan başqa, Livan ordusunun tərkibində “Hizbullah”ın silah imkanlarını məhdudlaşdırmağa yönəlmiş ayrıca briqadanın yaradılması da nəzərdə tutulmur.

    Məlumatda həmçinin vurğulanıb ki, parlament sədri Nəbih Berri Livanda dövlət xadimi kimi qəbul edilir və onun şiə icması daxilindəki mövqeyinə hörmətlə yanaşılmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR