AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-nin qərarı NATO-nu zəiflətməyəcək

  • + A
  • - A
  • Bu gün, 21:18

    ABŞ-nin qərarı NATO-nu zəiflətməyəcək

    ABŞ-ın Avropadan təxminən 5 min hərbçidən ibarət zirehli briqadanı çıxarmaq qərarı NATO-nun regiondakı müdafiə planlarını zəiflətməyəcək. Bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Alexus Grynkewich Brüsseldə keçirilən NATO ölkələrinin baş qərargah rəislərinin toplantısından sonra açıqlama verib.

    General bildirib ki, Avropa müttəfiqləri və Kanada tədricən qitənin adi müdafiəsi ilə bağlı daha böyük məsuliyyət götürürlər. Onun sözlərinə görə, ABŞ isə alyans üçün vacib hesab olunan əsas hərbi imkanları təmin etməyə davam edəcək.

    Qrinkeviç qeyd edib ki, NATO-nun təhlükəsizlik strukturunda ABŞ-ın rolu mərhələli şəkildə dəyişir. O vurğulayıb ki, Avropa qanadı gücləndikcə Vaşinqton bölgədəki hərbi iştirakını azaltmaq və diqqətini müttəfiqlərin hələ müstəqil şəkildə təmin edə bilmədiyi strateji imkanlara yönəltmək istəyir.
    General ABŞ hərbi kontingentinin azaldılmasının dəqiq vaxtını açıqlamasa da, prosesin tədricən həyata keçiriləcəyini və bir neçə il davam edəcəyini bildirib.

    Mövzu NATO daxilində ABŞ və Avropa ölkələri arasında müdafiə yükünün yenidən bölüşdürülməsi ilə bağlı müzakirələrin davam etdiyi, həmçinin qlobal təhlükəsizlik sahəsində gərginliyin artdığı bir dövrdə gündəmə gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR