AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rubio: ABŞ-ın İranla bağlı alternativ planları da var

  • + A
  • - A
  • Bu gün, 20:25

    Rubio: ABŞ-ın İranla bağlı  alternativ planları da var

    ABŞ dövlət katibi Marco Rubio bildirib ki, Vaşinqton İran məsələsində diplomatik həll variantına üstünlük versə də, mümkün uğursuzluq halı üçün alternativ planlar da nəzərdən keçirilir.
    Associated Press-in məlumatına görə, Rubio jurnalistlərə açıqlamasında deyib ki, Pakistan və digər regional müttəfiqlər İran ətrafındakı vəziyyətin diplomatik yollarla həlli üçün fəal çalışırlar və bəzi rəsmilər bu gün Tehrana səfər edirlər.

    “Prezident yaxşı razılaşmanın əldə olunmasına üstünlük verir. Bu, hər zaman onun əsas seçimidir. Əgər yaxşı razılaşma əldə edə bilsək, bu, əla olar. Amma buna nail ola bilməsək, prezident digər variantların da mövcud olduğunu açıq şəkildə bildirib”, – deyə Rubio vurğulayıb.

    O qeyd edib ki, ABŞ və İran arasında davam edən danışıqlarda müəyyən müsbət siqnallar müşahidə olunur. Dövlət katibinin sözlərinə görə, tərəflər bir neçə həftədir davam edən müzakirələr vasitəsilə uzunmüddətli sabitliyə nail olmağa çalışırlar.

    “Hadisələri qabaqlamaq istəmirəm. Düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik. Amma aydındır ki, qarşımızda daxilində müəyyən parçalanmalar olan bir sistem var”, – deyə Rubio əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR