AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Si Cinpin Putinə Trampin Çin səfərindən danışib

  • + A
  • - A
  • Bu gün, 21:40

    Si Cinpin Putinə Trampin Çin səfərindən danışib

    Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov bildirib ki, Çin lideri Si Cinpin ABŞ prezidenti Donald Trumpın Çinə son səfəri barədə Rusiya prezidenti Vladimir Putinə qeyri-rəsmi çay süfrəsi arxasında ətraflı məlumat verib.

    Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, liderlər arasında çox geniş və detallı söhbət baş tutub. Onun sözlərinə görə, müzakirələr zamanı Trampın Çinə səfəri və beynəlxalq gündəmdəki digər məsələlər də diqqət mərkəzində olub.

    “Əlbəttə ki, bu barədə danışılıb. Çox ətraflı söhbət oldu, o cümlədən bu mövzu ətrafında da fikir mübadiləsi aparıldı”, – deyə Peskov vurğulayıb.

    Məlumata görə, Moskva və Pekin arasında yüksək səviyyəli təmaslar davam edir və tərəflər qlobal siyasi proseslərlə bağlı mütəmadi məsləhətləşmələr aparırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR