AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HÖRMÜZ BOĞAZINDAN KEÇİD ÜÇÜN MİLYONLARLA DOLLAR TƏLƏB OLUNUR

  • + A
  • - A
  • Bu gün, 16:26

    HÖRMÜZ BOĞAZINDAN KEÇİD ÜÇÜN MİLYONLARLA DOLLAR TƏLƏB OLUNUR


    Dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti bildirib ki, özlərini İran rəsmiləri kimi təqdim edən dələduzlar gəmiçilik şirkətlərinə saxta məktublar göndərərək Hörmüz boğazından keçid üçün ödəniş tələb edirlər.

    Şirkətin məlumatına görə, dələduzlar tranzit icazəsi müqabilində milyonlarla dollar dəyərində kriptovalyuta ödənişi istəyirlər. “Ambrey” qeyd edib ki, bu cür saxta kommunikasiya halları getdikcə daha peşəkar xarakter alır və gəmiçilik şirkətləri ilə ekipajlar üçün həm maliyyə, həm əməliyyat, həm də təhlükəsizlik riskləri yaradır.

    Məlumatda vurğulanır ki, guya İran rəsmiləri tərəfindən göndərilən elektron məktublarda yalnız ödəniş tələbi irəli sürülmür, eyni zamanda ekipaj üzvləri ilə birbaşa əlaqə yaratmağa və onların kimliyini müəyyən etməyə çalışılır.

    “Ambrey” şirkəti xəbərdarlıq edib ki, bu saxta məktubların qurbanına çevrilən şirkətlər təkcə maliyyə itkisi ilə üzləşmirlər. Onlar həmçinin İran hakimiyyətinin icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd göstərdikləri təqdirdə ciddi təhlükə ilə qarşılaşa bilərlər. Şirkət qeyd edib ki, İran tərəfi əvvəllər icazəsiz tranzitin qarşısını almaq üçün ticarət gəmilərinə qarşı güc tətbiq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR