AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya səfiri Albaniya XİN-ə çağırılıb

  • + A
  • - A
  • Bu gün, 13:00

    Rusiya səfiri Albaniya XİN-ə çağırılıb

    Rusiyanın Albaniyadakı səfiri izahat üçün bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha "X" sosial media hesabında məlumat paylaşıb.

    Buna səbəb isə Rusiyanın ötən gecə Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Albaniyanın Kiyevdəki səfirinin yaşadığı binanın da hədəfə alınması olub.

    "Bu dəfə Albaniyanın Ukraynadakı səfirinin yaşadığı yaşayış kompleksi vurulub və onun həyatına ciddi təhlükə yaranıb. Bu, qəbuledilməzdir!" - XİN rəhbəri vurğulayıb.

    F. Xoxha həmçinin bildirib ki, Rusiya Federasiyasının Albaniyadakı səfiri izahat üçün XİN-ə çağırılıb.

    "Biz Rusiyaya bu hücumları dərhal dayandırmaq, Ukraynaya qarşı müharibəyə son qoymaq, beynəlxalq hüquqa tam riayət etmək və danışıqlara qayıtmaq çağırışımızı bir daha təkrar edirik", - o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR