AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

  • + A
  • - A
  • Bu gün, 10:49

    Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

    Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xerson, Sumı və Dnepr vilayətlərinə zərbələr endirib, nəticədə 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

    Bu barədə vilayət hərbi administrasiyaların (VHA) rəhbərləri və hüquq-mühafizə orqanları bildirib.

    Xerson VHA-nın rəhbəri Aleksandr Prokudin bildirib ki, regionda Rusiya zərbələri nəticəsində 1 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

    Ukraynanın Milli Polisinin mətbuat xidməti Rusiya qoşunlarının Sumı vilayətinin yaşayış məntəqələrini atəşə tutduğunu və 2 nəfərin yaralandığını bildirib.

    Dnepr VHA-nın rəhbəri Aleksandr Qanja qeyd edib ki, Rusiya qüvvələri vilayətin iki rayonuna pilotsuz uçuş aparatları (PUA), artilleriya və aviabombalarla hücum edib.

    "6 nəfər yaralanıb. Rusiya təxminən 20 dəfə vilayətin iki rayonuna PUA-lar, artilleriya və aviabombalarla hücum edib", - o, teleqramda yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR