Urmiya İnqilab Məhkəməsinin 1-ci şöbəsi iranlı tədqiqatçı Şayan Huşyar barəsində 3 il 8 ay həbs cəzası çıxarıb. Hökm onun vəkili Məsud Şəmsnejada təqdim olunub.
Vəkilin sözlərinə görə, Huşyara qarşı irəli sürülən ittihamlardan biri “rejim əleyhinə təbliğat” olub. O bildirib ki, yaxın günlərdə hökmə qarşı apellyasiya şikayəti veriləcək. Şəmsnejad ittihamların əsasını “siyasi təhlillər, fəaliyyətin tənqidi və fərqli fikirlərin ifadəsi”nin təşkil etdiyini deyib.
İran tarixi üzrə doktorant və tədqiqatçı olan Şayan Huşyar ötən ilin oktyabrında saxlanılmış və Urmiya həbsxanasına köçürülmüşdü. O, bir müddət sonra azadlığa buraxılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.