AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: İranla danışıqlar davam edir

  • + A
  • - A
  • Bu gün, 22:16

    Tramp: İranla danışıqlar davam edir

    ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqların davam etdiyini bildirib. O, sosial şəbəkədə paylaşdığı açıqlamada İranın vasitəçilərlə əlaqələri kəsmədiyini qeyd edib və danışıqların dayandırılması ilə bağlı yayılan məlumatları “yanlış və həqiqətə uyğun olmayan” adlandırıb.

    Trampın sözlərinə görə, tərəflər arasında təmaslar fasiləsiz şəkildə davam edir: “Dörd gün əvvəl, üç gün əvvəl, iki gün əvvəl, dünən və bu gün də danışıq olub. Bunun nə ilə nəticələnəcəyini heç kim bilmir. Lakin mən İrana demişəm ki, artıq razılıq əldə etməyin vaxtıdır. Bu proses 47 ildir davam edir və belə davam edə bilməz”.

    Bundan əvvəl İranın Fars və Tasnim agentlikləri Tehranın ABŞ-la dolayı danışıqları müvəqqəti dayandırdığını xəbər vermişdi. İran tərəfi bu addımı regionda gərginliyin artması və Livandakı hadisələrlə əlaqələndirib.

    Buna baxmayaraq, Tramp danışıqların “sürətli tempdə” davam etdiyini vurğulayaraq yaxın vaxtlarda razılığın əldə olunacağına ümid etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR