AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb

  • + A
  • - A
  • Bu gün, 11:25

    Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücum edib, nəticədə son sutka ərzində 9 nəfər həlak olub, 47 nəfər yaralanıb.

    Bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

    Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, son sutka ərzində Rusiya qoşunları raketlər, idarə olunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə Xarkova və vilayətin 17 yaşayış məntəqəsinə zərbələr endirib. Nəticədə üç nəfər həlak olub, 21 nəfər yaralanıb.

    Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin Rusiya qoşunlarının Xerson vilayətinin yaşayış məntəqələrini də atəşə tutduğunu bildirib.

    "Rusiyanın hücumu nəticəsində 6 nəfər həlak olub, daha 26 nəfər yaralanıb, xəsarət alanlardan biri uşaqdır", - o, "Telegram"da yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR