İLON MASK DÜNYANIN İLK TRİLLİONERİ OLA BİLƏR

Dünyanın ən varlı şəxsi olan Elon Musk yaxın günlərdə tarixə dünyanın ilk trilyoneri kimi düşə bilər. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, gələn həftə keçirilməsi planlaşdırılan və sahibkarın təsis etdiyi SpaceX şirkətinin ilkin ictimai səhmləşdirilməsi (IPO) uğurla baş tutarsa, Maskın sərvəti 1 trilyon dollar həddini keçə bilər.
Hazırda Forbes jurnalının reytinqinə əsasən, Maskın sərvəti 826 milyard dollar qiymətləndirilir. Bunun 542 milyard dolları SpaceX-dəki payının dəyərinə düşür.
Məlumata görə, SpaceX IPO zamanı şirkətin bazar dəyərinin ən azı 1,8 trilyon dollar olacağını gözləyir. Şirkət hər biri 135 dollar olmaqla 555,6 milyon səhmin satışını planlaşdırır.
Bildirilir ki, Elon Mask öz səhmlərini satmayacaq. IPO-dan sonra onun şirkətdəki səsvermə hüququ verən səhmlərin 82,4 faizinə sahib olacağı gözlənilir. Bu isə ona SpaceX üzərində nəzarəti qorumağa imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.