AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan səfirliyindən vətəndaşlarına İrandan çıxmaq çağırışı

  • + A
  • - A
  • Bu gün, 13:00

    Hindistan səfirliyindən vətəndaşlarına İrandan çıxmaq çağırışı


    Hindistanın Tehrandakı səfirliyi İranda olan vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etməyi tövsiyə edib.

    Diplomatik nümayəndəliyin rəsmi saytında yayımlanan müraciətdə bildirilib ki, Hindistan vətəndaşları səfirliklə razılaşdırılmış marşrutlardan və mövcud nəqliyyat vasitələrindən istifadə edərək İranı tərk etməlidirlər.

    Səfirlik həmçinin təhlükəsizlik səbəbindən Hindistan vətəndaşlarına İrana bütün səfərlərdən çəkinməyi tövsiyə edib. Qeyd olunub ki, bu çağırış İsrailin İran ərazisinə endirdiyi raket zərbələri fonunda artan təhlükəsizlik riskləri ilə əlaqədardır.

    Diplomatik nümayəndəlik vətəndaşları vəziyyəti diqqətlə izləməyə və səfirliyin tövsiyələrinə əməl etməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR