AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Baş Qərargah rəisi: İrana qarşı daha sərt və genişmiqyaslı zərbə planı hazırlamışıq

  • + A
  • - A
  • 9-06-2026, 22:01

    İsrail Baş Qərargah rəisi: İrana qarşı daha sərt və genişmiqyaslı zərbə planı hazırlamışıq

    İsrail ordusu İrana qarşı “daha genişmiqyaslı və daha sərt zərbə” endirmək üçün plan hazırlayıb.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.
    Onun sözlərinə görə, İsrail ordusu İrana qarşı tammiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalına qarşı yüksək döyüş hazırlığı rejimini qoruyub saxlayır.

    “İsrail Müdafiə Qüvvələri dərhal döyüş hazırlığı vəziyyətini dəstəkləyib və dəstəkləməkdə davam edir. Bütün müdafiə və hücum sistemlərimiz maksimum hazırlıq səviyyəsində idi. Biz ölkəmizə qarşı yönəlmiş təhdidləri uğurla zərərsizləşdirdik və İran ərazisinə sürətli, güclü zərbə endirdik”, – deyə Zamir vurğulayıb.

    Baş Qərargah rəisi qeyd edib ki, son hücumlar daha geniş əməliyyatların yalnız başlanğıcı olub:
    “Bu zərbə əslində daha əhəmiyyətli və daha sərt cavabın hazırlıq mərhələsi idi. Biz yenidən hərəkətə keçməyə və İrana qarşı daha dərin və ağır zərbələr endirməyə tam hazırıq”.

    Qeyd edək ki, son aylarda İsrail ilə İran arasında qarşılıqlı hərbi əməliyyatlar və gərginlik əhəmiyyətli dərəcədə artıb. İsrail rəsmilərinin son bəyanatları bölgədə vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR