AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NASA Artemis III missiyasının heyətini açıqlayıb: Astronavtlar Mask və Bezosun Ay modullarını sınaqdan keçirəcəklər

  • + A
  • - A
  • Bu gün, 22:41

    NASA Artemis III missiyasının heyətini açıqlayıb: Astronavtlar Mask və Bezosun Ay modullarını sınaqdan keçirəcəklər

    ABŞ-ın NASA agentliyi növbəti Artemis III missiyasının ekipajını təqdim edib. Missiya çərçivəsində üç amerikalı və bir italiyalı astronavt kosmosda tarixi sınaq həyata keçirəcəklər.
    Məlumata görə, ekipajın tərkibinə Andre Douglas, Frank Rubio, Randy Bresnik və italiyalı astronavt Luca Parmitano daxil edilib.

    Missiyanın əsas məqsədlərindən biri Yer orbitində kosmik gəmilərin birləşdirilməsi əməliyyatını nümayiş etdirmək və açıq kosmos şəraitində spacex.com şirkətinin rəhbəri Elon Musk və blueorigin.com şirkətinin təsisçisi Jeff Bezos tərəfindən hazırlanan Ay eniş modullarını ilk dəfə sınaqdan keçirməkdir.

    Missiyanın 2027-ci ilin sonlarında həyata keçirilməsi planlaşdırılır. Artemis III bu ilin əvvəlində uğurla başa çatan pilotlu Ay uçuşundan sonra proqramın növbəti mühüm mərhələsi hesab olunur.

    NASA-nın planına əsasən, insanların Ay səthinə birbaşa qayıdışı isə 2028-ci ildə həyata keçirilməsi nəzərdə tutulan Artemis IV missiyası çərçivəsində baş tutacaq. Bu, 1972-ci ildəki Apollo 17 Moon Landing missiyasından sonra insanların Ay səthinə ilk enişi olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR