AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan ABŞ-a etiraz notası verdi: Oman körfəzində gəmiyə hücum zamanı 3 hindistanlı dənizçi itkin düşüb

  • + A
  • - A
  • Bu gün, 21:03

    Hindistan ABŞ-a etiraz notası verdi: Oman körfəzində gəmiyə hücum zamanı 3 hindistanlı dənizçi itkin düşüb

    Hindistan Xarici İşlər Nazirliyi Oman körfəzində ticarət gəmisinə edilən hücumla bağlı ABŞ-ın müvəqqəti işlər vəkili Ceyson Miksi nazirliyə çağıraraq rəsmi etirazını bildirib.

    Məlumata görə, hücuma məruz qalan Settebello adlı kommersiya gəmisində 24 Hindistan vətəndaşı olub. Onlardan 21 nəfər xilas edilsə də, 3 dənizçi hələ də itkin hesab olunur.
    Yeni Dehli hadisəni qətiyyətlə pisləyərək bölgədə gərginliyin azaldılmasına və beynəlxalq ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin olunmasına çağırıb.

    Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) Omanın Sohar şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə, Hörmüz boğazı yaxınlığında insident baş verdiyini açıqlamışdı.
    Mediada yayılan məlumatlara görə, gəmi Hindistan Sahil Mühafizəsi və Oman hakimiyyətinin həyata keçirdiyi xilasetmə əməliyyatından bir gün sonra raket hücumuna məruz qalıb.
    Hadisənin detalları və hücuma görə məsuliyyət daşıyan tərəf barədə araşdırmalar davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR