Yerli mətbuat keçmiş prezidentin Zvartnots hava limanı vasitəsilə ölkəni tərk etmək istəyinə imkan verilməməsini yazıb.
Məlumatda qeyd olunub ki, ona hüquq mühafizə orqanları ölkəni tərk etməyə imkan verməyib.
Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyan sosial mediada yayımladığı videomüraciətdə üç müxalifət qüvvəsinin - Taşir Qrupunun rəhbəri Samvel Karapetyan, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və iş adamı Qaqik Tsarukyanın - "sındırılacağını" bildirib.
"Hətta seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma belə bir fürsətiniz olmayacaq", - deyə Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da "unudulmayıb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.