Ermənistan parlamentinin sədri evlənməyə hazırlaşır

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və Anelya Qubryan nikahın dövlət qeydiyyatına alınması üçün müvafiq quruma müraciət ediblər.
Alen Simonyan bu barədə sosial şəbəkə hesabında video paylaşaraq məlumat verib.
Paylaşımına qısa şərh əlavə edən parlament sədri bildirib:
"Və biz bir ərizə təqdim etdik."
Qeyd edək ki, cütlük nikahın rəsmiləşdirilməsi üçün ərizəni artıq təqdim edib. Simonyanın paylaşdığı video sosial şəbəkələrdə maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, Alen Simonyan 2021-ci ildən Ermənistan parlamentinin sədri vəzifəsini icra edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.