HÖRMÜZ BOĞAZINDA GƏMİ HƏRƏKƏTİ HƏLƏ DƏ AŞAĞI SƏVİYYƏDƏDİR

Hörmüz boğazında gəmi hərəkəti ABŞ və İran arasında diplomatik irəliləyiş siqnallarına baxmayaraq, adi səviyyədən aşağı olaraq qalır.
Bu barədə dəniz nəqliyyatının monitorinqi ilə məşğul olan Marine Traffic platforması məlumat yayıb.
Qurumun bildirdiyinə görə, boğazda qeydə alınan 15 mümkün keçiddən yalnız 5-i təsdiqlənib. Həmin keçidlərin əksəriyyəti aşağı riskli tranzit daşımaları olub.
Məlumatda həmçinin kölgə donanmasının fəaliyyətinin orta səviyyədə qaldığı qeyd edilir. Bundan əlavə, gömrük rüsumları ödənilməklə çatdırılma (DPP) şərti ilə həyata keçirilən üç kommersiya reysi və polad yükdaşımaları qeydə alınıb.
Marine Traffic vurğulayır ki, regionda diplomatik proseslərdə müəyyən müsbət siqnallar müşahidə olunsa da, bu, hələlik Ormuz boğazındakı gəmiçilik aktivliyinin tam bərpasına səbəb olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.