Rusiyanın Belqorod şəhərində yük avtomobili pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Hadisə nəticəsində yük maşınının sürücüsü həyatını itirib.
Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvayev bildirib ki, insidentdən sonra Qubkin və Krasnoarmeyskaya küçələrinin kəsişməsində, eləcə də Magistralnaya və Mexanizatorlar küçələri istiqamətindən giriş yollarında hərəkət xüsusi göstərişədək məhdudlaşdırılıb.
Şuvayev həlak olan sürücünün ailəsinə və yaxınlarına başsağlığı verib. O, sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmağı və ya zərurət olmadıqda həmin istiqamətdə səfərlərdən çəkinməyi tövsiyə edib.
Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.