Vaşinqton administrasiyası hesab edir ki, İran BMT müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verəcək.
Bunun müqabilində ABŞ Tehrana əvvəllər dondurulmuş bəzi aktivlərinə giriş verməyə hazırdır.
Məlumata görə, ABŞ İranın danışıqların birinci mərhələsindən sonra Birləşmiş Ştatlar və İsrail tərəfindən hədəf alındığı bildirilən nüvə obyektlərinə BMT müfəttişlərini dəvət etməsini istəyir.
ABŞ tərəfi bunun əvəzində İrana Qətərdəki 6 milyard dollarlıq hesab da daxil olmaqla, dondurulmuş bəzi aktivlərinə giriş verməyə hazırdır. Məlumata görə, İrana bu puldan zəruri malların alınması üçün istifadə etməyə icazə verilir.
Portalın məlumatına görə, ABŞ və İran arasında texniki məsləhətləşmələr 21 iyunda Bürgenstokda keçiriləcək. Danışıqlarda Pakistan və Qətərdən də nümayəndələr iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.