Fars: Hörmüz boğazından hər gün yalnız məhdud sayda gəmiyə keçidə icazə veriləcək

İran Silahlı Qüvvələri Hörmüz boğazını gəmiçilik üçün yenidən açıb. Lakin boğazdan hər gün yalnız məhdud sayda gəminin keçməsinə icazə veriləcək.
Bu barədə Fars agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, boğazdan keçid üçün veriləcək icazələrin sayı hər gün mövcud şəraitə uyğun olaraq dəyişəcək.
Bildirilib ki, akvatoriyadan keçidə icazə verilən gəmilərin sayı təhlükəsizlik vəziyyəti və digər amillər nəzərə alınmaqla gündəlik müəyyən ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.