AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp İranla bağlı qətnaməni dəstəkləyən senatorları tənqid edib

  • + A
  • - A
  • Bu gün, 08:20

    Tramp İranla bağlı qətnaməni dəstəkləyən senatorları tənqid edib



    ABŞ Prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatlar aparmaq səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni dəstəkləyən senatorları sərt tənqid edib.

    Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, bu qətnamənin qəbul edilməsi vaxtsız və mənasız addım olub və onu dəstəkləyən senatorlar bununla ABŞ-ın rəqiblərinə kömək etmiş olublar.

    “Bu senatorlar sadəcə işimi çətinləşdirdilər. Amma mən bunun öhdəsindən gələcəyəm, necə olur-olsun, çünki həmişə gəlmişəm”, – deyə ABŞ prezidenti yazıb.

    Onun sözlərinə görə, hazırda İran ilk dəfə onilliklər ərzində ABŞ-a və onun prezidentinə hörmət nümayiş etdirərək Vaşinqtona “demək olar ki, istənilən şeyi təklif etməyə” hazırdır.

    Tramp əlavə edib ki, ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda istifadəsinin dayandırılmasını tələb edən qətnamə həm vaxt baxımından uyğun deyil, həm də heç bir məna daşımır.

    ABŞ prezidenti, həmçinin vurğulayıb ki, həmin qətnamənin lehinə səs verən senatorlar “düşmənə yardım və dəstək göstərirlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR