Al Hadath: İsrail və Livan arasında əsas fikir ayrılığı qoşunların çıxarılması ilə bağlıdır

İsrail və Livan nümayəndələri arasında Vaşinqtonda keçirilən danışıqlarda əsas fikir ayrılığı İsrail qoşunlarının Livanın cənubundan çıxarılması mexanizmi ilə bağlıdır.
Bu barədə Al Hadath telekanalı danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İsrail tərəfi qoşunların mərhələli şəkildə çıxarılması prinsipini müdafiə edir. Bununla yanaşı, Təl-Əviv Livan ordusundan real əməli addımlar və Livanın cənubunda "Hizbullah"ın hərbi infrastrukturunu zərərsizləşdirə biləcəyinə dair konkret sübutlar tələb edir.
Livan nümayəndələri isə danışıqlarda ilk növbədə İsrail ordusunun ölkənin cənub bölgələrindən tam şəkildə çıxarılmasının vacibliyini vurğulayırlar.
Qeyd edək ki, tərəflər arasında Vaşinqtonda aparılan danışıqlar sərhəd bölgəsində təhlükəsizliyin təmin edilməsi və gərginliyin azaldılması istiqamətində diplomatik səylərin tərkib hissəsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.