Fransada ilk dəfə olaraq təhlükəli Ebola virusuna yoluxma faktı qeydə alınıb.
AzadMedia.az xəbər verir ki, infeksiya Konqodakı humanitar missiyadan geri dönən həkimdə aşkarlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, pasiyent dərhal izolyasiya edilib və onunla təmasda olmuş şəxslərin siyahısı çıxarılaraq ciddi nəzarətə götürülüb.
Mütəxəssislər hazırda Avropa əhalisi üçün ümumi risk səviyyəsini aşağı qiymətləndirsələr də, Mərkəzi Afrikada 1000-dən çox insanın yoluxduğu yeni epidemiya alovlanması səbəbindən ehtiyat tədbirlərini gücləndiriblər. Artıq qitənin bir sıra iri hava limanlarında sərnişinlər üzərində tibbi nəzarət kəskin şəkildə sərtləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.