AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada yeni hərbi qeydiyyat qaydaları gözlənilən nəticəni verməyib

  • + A
  • - A
  • Bu gün, 16:16

    Almaniyada yeni hərbi qeydiyyat qaydaları gözlənilən nəticəni verməyib


    Almaniyada hərbi xidmətə çağırışın yeni qeydiyyat sistemi qüvvəyə mindikdən sonra silahlı qüvvələrə cəmi 530 nəfər könüllü olaraq yazılıb.

    Bu barədə Berliner Zeitung qəzeti iyunun 25-də məlumat yayıb.

    Məlumata görə, Almaniyanın Müdafiə Nazirliyi iyunun ortalarınadək hərbi xidmət yaşına çatmış gənc kişi və qadınlara ümumilikdə 298 min 200 anket göndərib. Onlardan təxminən 150 min kişi üçün anketin doldurulması məcburidir. Sorğunu cavabsız qoyan şəxslərlə bağlı inzibati tədbirlərin görülməsi nəzərdən keçirilir.

    Nəşr qeyd edir ki, sorğuda iştirak edənlərin yalnız 20 faizi hərbi xidmət keçməyə maraq göstərib. Qalan şəxslər isə müxtəlif səbəblərdən xidmət etmək istəmədiklərini bildiriblər və ya tibbi müayinədən, eləcə də növbəti seçim mərhələlərindən keçə bilməyiblər.

    Beləliklə, Almaniyada hərbi xidmətə cəlb olunmanı artırmaq məqsədilə tətbiq edilən yeni qeydiyyat sistemi hələlik gözlənilən nəticəni verməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR