AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çində 5,5 bal gücündə zəlzələ: 13 nəfər xəsarət alıb

  • + A
  • - A
  • Bu gün, 08:21

    Çində 5,5 bal gücündə zəlzələ: 13 nəfər xəsarət alıb


    Çinin Sıçuan əyalətində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 13 nəfərə çatıb. Bu barədə iyunun 29-da Chnfund nəşri məlumat yayıb.

    Məlumata görə, xəsarət alanların hamısı yüngül yaralanıb və xəstəxanaya yerləşdirilib. Bundan əlavə, 196 nəfər təxliyə edilib.

    Zəlzələnin episentri Sıçuan əyalətinin Gao rayonunun Şahe qəsəbəsi yaxınlığında qeydə alınıb. Yeraltı təkanın ocağı 6 kilometr dərinlikdə yerləşib.

    Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmi qurumların məlumatına əsasən, ciddi insan tələfatı qeydə alınmayıb, ictimai asayiş sabitdir və təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər planlı şəkildə aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR